“BELLFAST BAKU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN MƏXFİ MƏLUMATLARIN İŞLƏNİLMƏSİNƏ MÜNASİBƏTDƏ

SİYASƏTİ


Bu sənəd “BELLFAST BAKU” məhdud məsuliyyətli cəmiyyəti (VÖEN 1503686581, bundan sonra - Operator) tərəfindən avtomatlaşdırma vasitələri istifadə olunmaqla və olunmamaqla İnternet şəbəkəsi vasitəsi ilə fiziki şəxslərin fərdi və digər məxfi məlumatların toplanılması və işlənilməsi qaydasını tənzimləyir.


Ümumi müddəalar

  1. Bu sənəd çərçivəsində aşağıdakı terminlər istifadə olunur:

    1. Fərdi məlumatlar — müəyyən və ya müəyyənləşdirilən fiziki şəxsə (fərdi məlumatların subyektinə) birbaşa və ya dolayısı ilə aid olan istənilən məlumat.

    2. Operator — fərdi məlumatların işlənilməsini müstəqil şəkildə təşkil edən və (və ya) həyata keçirən, və həmçinin fərdi məlumatların işlənilməsinin məqsədlərini, işlənilməli olan fərdi məlumatların tərkibini, fərdi məlumatlarla edilən hərəkətləri (əməliyyatları) müəyyən edən şəxs. Operatorun olduğu ünvan: AZ1069, BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV KÜÇ., EV 9/5, M. 28

    3. Operatorun saytı (Sayt) — Operator tərəfindən Namizədlə qarşılıqlı əlaqə üçün istifadə olunan elektron hesablama maşınları üçün proqramların və, ona daxil olmaq imkanını, saytları İnternet şəbəkəsində eyniləşdirmək imkanını verən domen adları və (və ya) şəbəkə ünvanları üzrə, İnternet şəbəkəsində təmin edən, informasiya sistemində saxlanılan digər məlumatların, məcmusu. Operatorun saytının ünvanı: http://taximaximjob.com

    4. Namizəd — iş axtaran və bu məqsədlə Operatora, o cümlədən sayt vasitəsi ilə, öz fərdi məlumatlarını təqdim edən fiziki şəxs.

    5. Fərdi məlumatların işlənilməsi — avtomatlaşdırma vasitələrinin istifadəsi ilə və ya belə vasitələrdən istifadə etmədən, fərdi məlumatlarla edilən, o cümlədən fərdi məlumatların toplanılması, sistemləşdirilməsi, yazılması, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (yayılması, təqdim edilməsi, əldə olunması), adsızlaşdırılması, bloka salınması, silinməsi, məhv edilməsi daxil olmaqla, istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu.

    6. Fərdi məlumatların avtomatlaşdırılmış işlənilməsi — fərdi məlumatların hesablama texnikası vasitələrinin köməyi ilə işlənilməsi.

    7. Fərdi məlumatların verilməsi — müəyyən şəxsə və ya müəyyən şəxslər dairəsinə fərdi məlumatların açıqlanmasına yönələn hərəkətlər.

    8. Fərdi məlumatların bloka salınması — fərdi məlumatların işlənilməsinin müvəqqəti dayandırılması (işlənilmə fərdi məlumatların dəqiqləşdirilməsi üçün lazım hallar istisna olmaqla).

    9. Fərdi məlumatların məhv edilməsi — fərdi məlumatların informasiya sistemində fərdi məlumatların məzmununu bərpa etmək imkanını mümkünsüz edən və (və ya) fərdi məlumatların daşıyıcılarının məhv olunması ilə nəticələnən hərəkətlər.

    10. Fərdi məlumatların informasiya sistemi — məlumatlar toplusunda saxlanılan fərdi məlumatların və onların işlənilməsini təmin edən informasiya texnologiyaların və texniki vasitələrin məcmusu.

    11. Cookie faylları — sayt tərəfindən göndərilən və Namizədin daxil olduğu kompüterdə, mobil telefonda və ya digər qurğuda saxlanılan və Namizədin saytdakı hərəkətləri barədə məlumatların yadda saxlanılması üçün tədbiq edilən məlumatlar fraqmentləri.

  2. Operatora öz fərdi məlumatlarını göndərməklə (o cümlədən CV-ni göndərməklə, anketi Saytda doldurmaqla və digər yollarla), Namizəd bu Siyasətin şərtləri ilə razılaşır, və həmçinin onun fərdi məlumatlarının Operator tərəfindən işlənilməsinə, qüvvədə olan qanunvericiliklə bu cür razılıq tələb olunduğu hallarda, öz razılığını verir.


Fərdi məlumatlar

  1. Namizədin fərdi məlumatlarının toplanılmasının məqsədi əmək qanunvericiliyinə uyğun olaraq vakant vəzifələrin tutulması üçün namizədlərin axtarışıdır.

  2. Namizədin fərdi məlumatları elektron və kağız daşıyıcılarda saxlanılır.

  3. Operator tərəfindən Namizədin aşağıdakı fərdi məlumatları toplanılır və işlənilir:

    1. Soyadı, adı, atasının adı;

    2. Doğum tarixi;

    3. Vətəndaşlığı;

    4. Olduğu yerin ünvanı;

    5. Ailə vəziyyəti;

    6. Uşaqların olub-olmaması barədə məlumat;

    7. Əvvəlki iş yerləri;

    8. Təhsil səviyyəsi;

    9. Abunə telefon nömrəsi;

    10. E-mail.

  4. Namizədin fərdi məlumatları 3 (üç) il saxlanılır və Operator tərəfindən aşağıdakı hallarda məhv olunur:

    1. Namizədin öz fərdi məlumatlarının Operatora təqdim etdiyi andan 3 (üç) il keçdikdən sonra;

    2. Namizəd onun fərdi məlumatlarının işlənilməsinə dair razılığı geri çağırıldıqda;

  5. Namizədin fərdi məlumatlarının məhv olunması onları sonradan bərpa etmək imkanı olmadan həyata keçirilir.

  6. Namizədin fərdi məlumatlarından yalnız əmək müqavilələrinin bağlanılması üçün namizədlərin tapılmasına bilavasitə aidiyyatı olan şəxslər istifadə edə bilər.

  7. Digər hallarda Operator Namizədin fərdi məlumatlarını yaymır, və, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, səlahiyyətli dövlət orqanlarının sorğularına əsasən fərdi məlumatların təqdim edilməsi halları istisna olmaqla, Namizədin ilkin razılığı olmadan, onları üçüncü şəxslərə vermir.

  8. Fərdi məlumatlar işlənilərkən Namizədin hüquqları:

    1. Onun fərdi məlumatlarının işlənilməsinə aid olan məlumatı almaq, o cümlədən:

      1. Fərdi məlumatlarının işlənilməsi faktının təsdiq edilməsi;

      2. Fərdi məlumatlarının işlənilməsinin hüquqi əsasları və məqsədlər;

      3. Fərdi məlumatlarının işlənilməsində tədbiq edilən üsullar və məqsədlər;

      4. Fərdi məlumatlarının işlənilməsini həyata keçirən şəxsin adı və olduğu yer barədə məlumatlar, fərdi məlumatları istifadə edə bilən şəxslər barədə (Operatorun işçiləri istisna olmaqla) və ya Operatorla müqavilə əsasında və ya qüvvədə olan qanunvericilik əsasında onlara fərdi məlumatlar açıqlana bilən şəxslər barədə məlumatlar;

      5. Müvafiq fərdi məlumatlar subyektinə aid olan işlənilən fərdi məlumatlar, onların alınma mənbəyi, əgər qüvvədə olan qanunvericiliklə bu cür məlumatların təqdim edilməsinə dair başqa qayda nəzərdə tutulmayıbsa;

      6. Fərdi məlumatların işlənilməsi, o cümlədən oların saxlanılması müddətləri;

      7. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hüquqların Namizəd tərəfindən həyata keçirilməsi qaydası;

      8. Məlumatların həyata keçirilən və ya ehtimal edilən transsərhəd ötürülməsi barədə məlumat;

      9. Operatorun tapşırığı əsasında fərdi məlumatların işlənilməsini həyata keçirən şəxsin adını və ya soyadını, adını, atasının adını və ünvanını, əgər işlənilmə bu cür şəxsə tapşırılıbsa və ya tapşırılacaqsa;

      10. İnformasiya sistemində toplanılan və işlənilən fərdi məlumatların qorunma səviyyəsi;

      11. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.

    2. Əgər fərdi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq, qanunsuz əldə edilmiş və ya işlənilmənin elan edilmiş məqsədləri üçün lazımi deyillərsə, Operatordan onun fərdi məlumatlarının dəqiqləşdirilməsini, bloka salınmasını və ya ləğv edilməsini tələb etmək, və həmçinin öz hüquqlarını qorumaq üçün qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək.

    3. Əgər Namizəd hesab edir ki, onun fərdi məlumatların işlənilməsi Operator tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilir və ya onun hüquq və azadlıqları digər yolla pozulursa, Operatorun hərəkət və hərəkətsizliyindən fərdi məlumatlar subyektlərinin hüquqlarını qoruyan səlahiyyətli orqana və ya məhkəmə qaydasında şikayət vermək.

    4. Öz hüquq və qanuni azadlıqlarını, o cümlədən zərərin əvəzinin ödənilməsi və (və ya) mənəvi zərərin ödənilməsi hüquqlarını məhkəmə qaydasında müdafiə etmək.

  9. Fərdi məlumatlar işlənilərkən Operatorun öhdəlikləri:

    1. Namizədin xahişi ilə ona aşağıdakı məlumatı təqdim etmək:

      1. Fərdi məlumatlarının işlənilməsi faktının təsdiq edilməsi;

      2. Fərdi məlumatlarının işlənilməsinin hüquqi əsasları və məqsədləri;

      3. Fərdi məlumatlarının işlənilməsində tədbiq edilən üsullar və məqsədlər;

      4. Öz adını və olduğu yer barədə məlumatları, fərdi məlumatları istifadə edə bilən şəxslər barədə (işçilər istisna olmaqla) və ya müqavilə əsasında və ya qanun əsasında onlara fərdi məlumatlar açıqlana bilən şəxslər barədə məlumatlar;

      5. Namizədin işlənilən fərdi məlumatlarını, onların əldə etmə mənbəyini, əgər qüvvədə olan qanunvericiliklə bu cür məlumatların təqdim edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa;

      6. Fərdi məlumatların işlənilməsi, o cümlədən onların saxlanılması müddətləri;

      7. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hüquqların Namizəd tərəfindən həyata keçirilməsi;

      8. Məlumatların həyata keçirilən və ya ehtimal edilən transsərhəd ötürülməsi barədə məlumat;

      9. Operatorun tapşırığı əsasında fərdi məlumatların işlənilməsini həyata keçirən şəxsin adını və ya soyadını, adını, atasının adını və ünvanını, əgər işlənilmə bu cür şəxsə tapşırılıbsa və ya tapşırılacaqsa;

      10. İnformasiya sistemində toplanılan və işlənilən fərdi məlumatların qorunma səviyyəsi;

      11. Qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.

    2. Namizədin fərdi məlumatlarının icazəsiz istifadə olunmasının qarşısını almaq üçün tədbirlərin görülməsini təmin etmək.

    3. Fərdi məlumatların işlənilməsinə münasibətdə siyasəti müəyyən edən sənədi dərc etmək və ya digər yolla ondan, və həmçinin fərdi məlumatların qorunmasına dair həyata keçirilən tələblər barədə məlumatlara, məhdudiyyətsiz istifadə etmək imkanını təmin etmək.

  10. Namizədin fərdi məlumatlarının icazəsiz istifadə olunmasının qarşısını almaq üçün Operator aşağıdakı tədbirlər görür:

    1. Fərdi məlumatların işlənilməsinin təşkil olunmasına cavabdeh olan işçiləri təyin edir;

    2. Namizədin fərdi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün təşkilati və texniki tədbirlər görür, yəni:

      1. Fərdi məlumatlar fərdi məlumatların informasiya sistemlərində işlənilən zaman onların təhlükəsizliyinə ola bilən təhlükələri müəyyən edir;

      2. Otaqlara daxil olma hüququna malik olmayan şəxslərin, bü cür otaqlara idarə olunmayan daxil olmaqlarının və qalmaqlarının qarşısı alan, informasiya sistemi yerləşdirilən otaqların təhlükəsizlik təmin edilməsi rejimini təşkil edir;

      3. Fərdi məlumatlar daşıyıcılarının qorunmasını təmin edir;

      4. Xidməti (əmək) vəzifələrinin yerinə yetirilməsi üçün fərdi məlumatları istifadə etmək hüququna malik şəxslərin siyahısını təsdiq edir;

      5. Fərdi məlumatların icazəsiz istifadə olunmasının qarşısını almaq üçün lazım olan informasiya müdafiəsi vasitələrindən istifadə edir;

      6. Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə görülən tədbirlərin effektivliyini qiymətləndirir;

      7. Fərdi məlumatların icazəsiz istifadə olunması faktlarının aşkar olunmasını və tədbirlərin görülməsini təmin edir;

      8. İcazəsiz istifadə olunma nəticəsində modifikasiya və ya məhv edilmiş fərdi məlumatları bərpa edir (əgər bü cür bərpa texniki cəhətdən mümkündürsə);

      9. Fərdi məlumatların informasiya sistemində işlənilən fərdi məlumatların istifadə olunması üçün daxilolma qaydalarını müəyyən edir;

      10. Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə görülən tədbirlərə və fərdi məlumatların informasiya sistemlərinin müdafiə olunma səviyyəsinə nəzarət edir.

  11. Əgər fərdi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq, qanunsuz əldə edilmiş və ya işlənilmənin elan edilmiş məqsədləri üçün lazımi deyillərsə, Namizəd Operatordan öz fərdi məlumatlarının dəqiqləşdirilməsini (aktuallaşdırılmasını), bloka salınmasını və ya məhv olunmasını tələb edə bilər, və həmçinin fərdi məlumatların işlənilməsinə öz razılığını, Operatora müvafiq sorğunu və (və ya) tələbi yazılı surətdə bildirişli sifarişli poçt göndərişi ilə və yaxud Operatorun olduğu yer üzrə onu şəxsən təqdim etməklə, geri çağıra bilər. Operatorun olduğu yerin ünvanı saytın müvafiq bölməsində göstərilib. Qeyd edilən sorğuda/tələbdə Namizədin şəxsiyyətini təsdiq edən əsas sənədin nömrəsi, qeyd edilən sənədin verilmə tarixi və verən orqan haqqında məlumatlar, Namizədin yaşayış ünvanı, Namizədin Operator ilə münasibətlərdə iştirakını təsdiq edən məlumatlar (müqavilənin nömrəsi, müqavilənin bağlanma tarixi, şərti söz işarəsi və (və ya) digər məlumatlar), və ya fərdi məlumatların işlənilməsi faktını başqa cür təsdiq edən məlumatlar, fərdi məlumatların dəqiqləşdirilməsi, bloka salınması və ya məhv olunması tələbi və ya fərdi məlumatların işlənilməsinə dair razılığın geri çəkilməsi barədə bildiriş, Namizədin və ya onun nümayəndəsinin imzası. Operator sorğu əsasında fərdi məlumatlarla lazımi tədbirlər (məlumatların dəqiqləşdirilməsi, məlumatların toplanılmasına və işlənilməsinə qadağa və s.) həyata keçirməlidir və 3 (üç) iş günü ərzində bu tədbirlər barədə öncə subyekt haqqında fərdi məlumatları alan üçüncü şəxsləri məlumatlandırmalıdır.


Cookiefaylları

  1. Operator aşağıda göstərilən tipli cookie fayllarından istifadə edə bilər:

    1. Ciddi zəruri cookie-lər. Saytda yer dəyişmə və tələb edilən xidmətlərdən istifadə etmək üçün lazımdır. Bu tipli cookie faylları Namizəd qeydiyyatdan keçərkən və sistemə daxil olarkən tədbiq olunur. Onlarsız Namizəd tərəfindən tələb edilən xidmətlərdən istifadə etmək mümkün deyil. Bu cookie faylları əsas sayılır və həm daimi, həm də müvəqqəti sayılır. Başqa sözlə, bu cookie fayllarsız bizim Sayt lazımi qaydada işləmir.

    2. İstismar cookie-ləri. Onlar saytdan istifadə olunma barədə məlumatlar toplayır. Bu fayllar konkret Namizədin şəxsi məlumatlarını almır. Bu cookie faylları ilə yığılmış bütün məlumatlar statistik xarakter daşıyır və anonimdir. Bu cookie-lərin istifadəsi məqsədləri:

      1. Saytlardan istifadə statistikasının alınması;

      2. Reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi. Bu cookie faylları daimi və müvəqqəti olur, bə həm əsas, həm də kənar cookie-lərə aid ola bilər.

    3. Funksional cookie-lər. Onlar Namizəd tərəfindən təqdim edilən məlumatın (məsələn, ad, dil və yaşayış ölkəsi) yadda saxlanılması üçün istifadə olunur. u fayllar şəxsiyyətsizləşdirilən məlumatdan istifadə edir və Namizədin digər saytlardakı hərəkətlərini izləmir. Bu cookie-lərin istifadəsi məqsədlər:

      1. Əvvəl Namizədə hansısa xidmətin göstərilib-göstərilməməsi barədə məlumatların yadda saxlanılması;

      2. Namizəd tərəfindən seçilmiş üstünlüklərin yadda saxlanılması yolu ilə saytla ümumilikdə qarşılıqlı fəaliyyətin keyfiyyətinin artırılması.

    4. Reklam cookie-ləri. Onlar saytdakı reklam materialların idarə edilməsi, istifadəçi tərəfindən reklam materiallarının baxılmalarının sayını məhdudlaşdırması, və həmçinin reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi üçün tədbiq olunur. Reklam cookie-ləri Saytda reklam materiallarını idarə etmək üçün tətbiq olunurlar. Reklam cookie-ləri üçüncü şəxslər tərəfindən yerləşdirilir — məsələn, reklam verənlər və onların agentləri tərəfindən. Bu fayllar kənar şirkətlər tərəfindən təqdim edilən saytdakı reklam ilə bağlıdır. Onlar həm daimi həm də və müvəqqəti ola bilər. Bu fayllar saytdaki kənar şirkətlərin təqdim etdiyi reklam ilə bağlıdır.

  2. Cookie fayllarını bloka salmaq və ya silmək, və həmçinin onların işini məhdudlaşdırılmaq Namizəd tərəfindən istifadə olunan brauzerin ayarlarında mümkündür.